“Real” ilki bacardı

“Real” Çempionlar Liqasının pley-off mərhələsində “Mançester Siti”ni mübarizədən kənarlaşdırıb – 3:2, 3:1.

Futbolpress.az xəbər verir ki, “kral klubu” 2003/2004 mövsümündən buyana hər il 1/8 finala yüksəlməyi bacarıb. Bu, turnirin rekord göstəricisidir.

“Real” ardıcıl 22 dəfə 1/8 finala yüksəlib.