“Real” daha bir türk futbolçunu transfer edə bilər

“Real” “Beşiktaş”ın və Türkiyə millisinin hücumçusu Semih Kılıçsoyla maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə “Don Diario” nəşri məlumat yayıb. Madrid təmsilçisi Avro-2024-də oyunçunu izləmək üçün skautlara tapşırıq verib.

18 yaşlı hücumçu ötən mövsüm 35 oyunda 12 qol vurub, 3 məhsuldar ötürmə edib.

Türkiyə yığması Avro-2024-ün F qrupunda Gürcüstan, Çexiya və Portuqaliya ilə mübarizə aparacaq. Komanda ilk oyunu sabah gürcülərə qarşı keçirəcək.