“Real” – çempion!

“Real” İspaniya La Liqasında 2023/2024 mövsümünün qalibi olub.

Futbolpress.az xəbər verir ki, 34-cü turda “Kadis”i məğlub edən (3:0) Madrid təmsilçisi sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.

“Real” ikinci sıradakı “Barselona”nın “Jirona”ya məğlub olmasından (2:4) sonra qızıl medalları təmin edib. “Kral klubu” 87 xalla birincidir və ikinci “Jirona”nı 13 xal qabaqlayır.