“Real” Bilbaoda uduzdu

“Real” İspaniya La Liqasının XIX turu çərçivəsində “Atletik”lə qarşılaşıb.

Futbolpress.az xəbər verir ki, Bilbaoda baş tutan görüş meydan sahiblərinin qələbəsiylə başa çatıb – 2:1.

“Atletik”in qollarını Berenquer və Quruseta vurub. “Real”da isə Cud Bellingem fərqlənib.

Madrid təmsilçisi 15 oyundan sonra 33 xalla ikinci sıradadır və lider “Barselona”dan 4 xal geri qalır. “Atletik” isə 29 xalla 4-cüdür.