“Real” alman hücumçunu izləyir

“Real” “Bayer”in hücumçusu Florian Virtslə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Madrid klubunun skautu Felipe Martin 21 yaşlı hücumçunu yaxından izləyir.

Virtsin “Real”a keçidi 2025-ci ildə baş tuta bilər. “Kral klubu” forvardı daha bir mövsüm izləyəcək və onu azad agent kimi heyətinə qatmaqda maraqlıdır.

Alman hücumçu bu mövsüm 45 oyunda 18 qol vurub, 19 məhsuldar ötürmə edib.