“Real” 19 yaşlı futbolçu ilə maraqlanır

“Bornmut”un futbolçusu Deyan Huysen karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Real” 19 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə AS nəşri məlumat yayıb. Madrid klubu mövsümün sonuna kimi oyunçunu yaxından izləyəcək.

Huysen bu mövsüm “Bornmut”da 13 oyunda 2 qol vurub. Futbolçunun klubla müqaviləsi 2030-cu ilin yayına kimidir.