“Real” 16 yaşlı futbolçuya “elçi düşdü”

“Real” “River Pleyt”in 16 yaşlı futbolçusu  Franko Mastantuononu transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, jurnalist Fabrizio Romano məlumat yayıb.

Qeyd olunub ki, klub rəhbərliyi 16 yaşlı futbolçunu yaxından izləyir və yaxın vaxtlarda yarımmüdafiəçi üçün hərəkətə keçəcək.

O,  “River Pleyt”də 11 oyun keçirib, 2 qol vurub.