“Real” 16 yaşlı futbolçu üçün danışıqlar aparır

“River Pleyt”in futbolçusu Franko Mastantuono karyerasını “Real”da davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, Madrid klubu 16 yaşlı yarımmüdafiəçinin transferi üçün Argentina təmsilçisi ilə danışıqları davam etdirir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. “Real” futbolçunu transfer edib, “River Pleyt”ə icarəyə verəcək. Oyunçunun 2025-ci ilin yayında “kral klubu”na qoşulacağı gözlənilir.

Mastantuono 2019-cu ildən “River Pleyt”də çıxış edir. Onun “transfermarkt”da dəyəri 10 milyon avrodur.