Madrid “Real”ı Dubayda keçirilən “Globe Soccer Awards” mərasimində ilin ən yaxşı kişi klubu seçilib.
Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi 2024-cü ildə Çempionlar Liqasının, İspaniya çempionatının, ölkə Superkubokunun, UEFA Super Kubokunun və Qitələrarası Kubokun qalibi olub.
“Kral klubu”nun çalışdırıcısı Karlo Ançelotti sözügedən mərasimdə ilin ən yaxşı məşqçisi seçilib. Mükafata digər iddiaçılar Xabi Alonso (“Bayer”), Mikel Arteta (“Arsenal”), Luis de la Fuente (İspaniya), Can Pyero Qasperini (“Atalanta”), Pep Qvardiola (“Mançester Siti”) və Simone İnzaqi (“İnter”) olub.
İtaliya “İnter”indən Pyero Ausili ən yaxşı idman direktoru , “Real”ın əhbəri Florentino Peres futbolda bütün zamanların ən yaxşı prezidenti seçildi.
Portuqaliyalı Xorxe Mendeş ilin ən yaxşı futbol agenti seçilib.