“Qarabağ”ın U-15 komandasının baş məşqçisi Rauf Əliyev cəzalanıb.
Futbolpress.az xəbər verir ki, o, U-15 Liqasında “Turan Tovuz”la oyunda hakimləri təhqir edib. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Qərarda bunlar qeyd olunub:
“8 noyabr 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən Turan Tovuz FK-Qarabağ FK oyununda Qarabağ FK komandasının baş məşqçisi Rauf Əliyev qarşılaşmanın 67-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldıqdan sonra hakimləri təhqir və təhdid etdiyinə, oyunboyu hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirməyə davam etdiyinə görə 5 oyun cəzalandırılsın, müstəsna hal olaraq 500 manat cərimə edilsin (maddə 43.4, 1)
8 noyabr 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən Turan Tovuz FK-Qarabağ FK oyununda Qarabağ FK komandasının azarkeşləri hakimləri təhqir və təhdid etdiyinə, bu hal oyunboyu davam etdiyinə görə “Qarabağ” FK U-15 komandasının növbəti oyunu “Qarabağ” FK azarkeşləri olmadan keçirilsin (maddə 1);