“Mançester Yunayted”in keçmiş oyunçuları Brayan Robson, Endi Koul və Denis İrvinə maaşlarının kəsiləcəyi bildirilib.
Futbolpress.az xəbər verir ki, bu qərar Jim Ratklif və onun şirkəti INEOS tərəfindən başladılan, xərclərin azaldılması səylərinin bir hissəsi kimi qəbul edilib.
Robson 2011-ci ildən “qırmızı şeytanlar”ın qlobal səfiridir və klubu bütün dünyada tanıtmaqdan məsuldur. İrvin və Koul da oxşar rolları oynayırlar.
Bir çox digər sabiq mançesterli oyunçuları ev matçlarında sponsorları və qonaqları qəbul edir. Matç günü səfir kimi fəaliyyət göstərməyin qiyməti 500 funt sterlinqdən 1000 funt sterlinqə qədər dəyişir.
“Mançester Yunayted”ə yaxın mənbələr klub səfirləri ilə müqavilələr barədə məlumatı şərh etməkdən imtina ediblər.