İtaliyanın “Kalyari” klubunun yeni baş məşqçisi açıqlanıb.
Futbolpress.az xəbər verir ki, komandanın sükanı Davide Nikolaya tapşırılıb. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə 2+1 illik müqavilə imzalanıb.
Nikola bu postda məşqçi karyerasını bitirən Klaudio Ranyerini əvəzləyib.
Mütəxəssis daha əvvəl “Empoli”, “Salernitana”, “Torino”, “Cenoa”, “Udineze” kimi komandalarda işləyib.