Ranyeri yenidən “Roma”da

Klaudio Ranyeri “Roma” ilə mövsümün sonuna qədər onların növbəti məşqçisi olmaq üçün şifahi razılığa gəlib.

Futbolpress.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabirizio Romano məlumat verib. Son təfərrüatlara görə Ranyerinin yenidən paytaxt təmsilçisinə dönməsində əsas məqsəd, sabiq klubuna bu çətin dönəmdə dəstək olmaqdır.

Qeyd edək ki, 73 yaşlı mütəxəssis bu yaxınlarda “Kalyari”nin baş məşqçisi idi. İtaliyalı məşqçi vəzifəsindən azad edilənə qədər 2019-cu ildə “Roma”nı 12 oyun idarə edib.