Rusiyanın Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun oğlu Axmat Kadırov klub prezidenti olub.
Futbolpress.az xəbər verir ki, o, Premyer Liqa təmsilçisi “Axmat”a rəhbər seçilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Axmat”ın əvvəlki prezidenti Maqomed Daudov idi. O, bu gün postundan ayrıldığını açıqlayıb.
“Axmat” Rusiya Premyer Liqasında 35 xalla 10-cu sıradadır.