Ramos “Real”a qayıda bilər – yeganə əngəl…

İspaniyalı futbolçu Serxio Ramos yenidən “Real”da çıxış edə bilər.

Futbolpress.az xəbər verir ki, Madrid klubu müdafiədəki zədələrə görə sabiq oyunçusunu heyətə cəlb edə bilər. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Ramos da “kral klubu”na qayıtmaq istəyir. Amma tək problem onun yüksək məvacib istəməsidir. Tərəflər arasında danışıqlar davam edir.

Serxio ötən mövsümdə “Sevilya”da 37 oyuna çıxıb. O, hazırda azad agentdir. İspan müdafiəçi 2005-2021-ci illərdə “Real”da forma geyinib.