Azərbaycan Premyer Liqasında cari mövsümün sona çatmasına cəmi 5 tur qaldı.
Geridə qalan 31 tur ərzində bombardirlər siyahısının ilk “10-luğ”unda milli komandanın sadəcə 2 üzvü var. Onlardan biri “Qarabağ”da çıxış edən Nəriman Axundzadə, biri də milliləşdirilmiş hazırda “Neftçi”də forma geyinən Filip Ozobiç.
Yerli futbolçuların hücum xəttindəki aşağı məhsuldarlığı millinin oyunlarında da özünü göstərdi.
Azərbaycan millisinin və “Xəzər-Lənkəran”ın sabiq hücumçusu Zaur Ramazanov mövzu ilə bağlı fikirlərini “Futbolpress.az”a açıqladı:
“Ümumiyyətlə, hücumçu çox qəliz məsələdir. Onun üçün uşaq futbolundan başlamaq lazımdır. Çempionatda 10 komanda çox azdır və buna görə də yerli forvardlar çox az şans qazanır. Öz dövrümüzdən bu yana mən istədiyim kimi hücumçu hələ də görməmişəm. Müstəqillik dövründə Zaur Ramazanovdan bu yana hələ bir forvard görmədim ki, mənim kimi olsun. Nəinki mənim kimi oynasın, heç mənə yaxın gələcək birini görməmişəm. Düşünürəm ki, hər şey uşaq futbolundan başlayır”.
Mirkamal Kazım