“Barselona”nın sabiq futbolçusu İvan Rakitiçin yeni klubu açıqlanıb.
Futbolpress.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi “Hayduk”a keçib. Bu barədə Split təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Rakitiç ilə 1 illik müqavilə imzalanıb.
İvanın son klubu Səudiyyə Ərəbistanında “Əl Şabab” olub. O, daha önvə “Bazel”, “Sevilya”, “Şalke” və “Barselona”da çıxış edib.