Rahilsiz qələbə

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi “Radomiak” Polşa Ekstraklasasında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Slask”la qarşılaşıb. Görüş “Radomiak”ın qələbəsiylə başa çatıb – 2:1.

Rahil ötən ay millinin düşərgəsində zədə alıb və hələ oyunlara çıxmır.

“Radomiak” çempionatda 18 turdan sonra 20 xalla 18 komanda arasında 12-ci pillədədir.