Polşa Ekstraklasasında XXII turun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rahil Məmmədovun çıxış etdiyi “Radomiak” evdə “Legiya”nı məğlub edib.
Rahil bu görüşün iştirakçısı olmayıb.
29 yaşlı müdafiəçinin komandası 24 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Polşa Ekstraklasası
XXII Tur
22 fevral
Radomiak – Legiya 3:1
Qollar: Kapita, 17, J.Qrzesik, 42, S.Aqouzol, 54 – B.Kapustka, 6