Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun yeni klubu məlum olub.
Futbolpress.az xəbər verir ki, 28 yaşlı müdafiəçi “Radomiak”a keçib. Bu barədə Polşa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Məmmədovla 2 illik müqavilə imzalanıb.
Rahil ötən mövsümün ikinci yarısını Polşada “LKS Lodz”da keçirib.