Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşanın LKS klubundan ayrılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Lodz təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Müdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Məmmədov bu ilin yanvarından LKS-də çıxış edirdi. O, 16 oyunda meydana çıxıb.