Rahil Məmmədov Polşada qalacaq – yeni klubu…

Polşanın “LKS Lods” klubundan ayrılan Rahil Məmmədov karyerasına bu ölkədə davam edə bilər.

Futbolpress.az xəbər verir ki, müdafiəçi “Radomyak”la razılaşıb. Bu barədə Polşa mətbuatı məlumat yayıb. Xəbərdə Rahilin yaxın günlərdə klubla müqavilə imzalayacağı bildirilib.

Rahil Məmmədov bu ilin yanvarında “LKS Lods”a keçmişdi. O, komandada 16 oyunda meydana çıxıb. Lods təmsilçisi dünən oyunçu ilə yolların ayrıldığını açıqlayıb.