Azərbaycan yığmasının futbolçusu Rahil Məmmədovun formasını geyindiyi “Radomiak” Polşa çempionatında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Lexiya” ilə qarşılaşıb. Matç “Radomiak”ın məğlubiyyəti ilə başa çatıb – 0:1.
Rahil bu görüşdə iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb.
“Radomiak” Polşa çempionatında 7 turdan sonra 6 xalla 18 komanda arasında 15-cidir. “Lexiya” isə 8 xalla 13-cü pilləni tutub.