“Barselona” futbolçusu Rafinya ilə yaxın zamanda yeni müqavilə imzalayacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Tərəflər arasında razılıq əldə edilib və yeni müqavilənin müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Braziliyalı futbolçu bu mövsüm La Liqada 33 oyunda 18 qol vurub, 11 məhsuldar ötürmə edib. 28 yaşlı hücumçunun indiki müqaviləsi 2027-ci ilin yayına kimidir.