Rafinya üçün 100 milyon

“Barselona”nın yarımmüdafiəçisi Rafinya karyerasını Səudiyyə Ərəbistanıda davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Rafinya üçün düşən “elçi”nin adı qeyd olunmasa da, Kataloniya klubu yarımmüdafiəçini 100 milyon avro qarşılığında satmağa hazırdır.

27 yaşlı futbolçu isə karyerasına “Barselona”da davam etmək istəyir.

Braziliyalı 38 matçda 10 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.