“Marsel”in yeni transferi Adrien Rabiot açıqlama verib.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi Fransa klubuna keçidinin səbəbini açıqlayıb:
“Düzdür, əvvəl transfer mümkün görünmürdü. Ancaq klubun idman direktoru Mehdi Benatia ilə danışdım və uzun söhbətlərdən sonra razılığa gəldik. Layihə həqiqətən, xoşuma gəldi. Futbolla yaşayan şəhərdə oynamaq motivasiya verir”.
Rabiotun son klubu “Yuventus” olub.