Rabiot daha bir kluba “yox” dedi

“Yuventus”dan ayrılan Adrien Rabiot “Milan”dan təklif alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Fransalı yarımmüdafiəçi “qırmızı qaralar”a “yox” deyib.

Rabiot bundan əvvəl “Qalatasaray”ın təklifini rədd etmişdi.

29 yaşlı futbolçuya İngiltərədən “Mançester Yunayted” və “Arsenal”dan maraq var. Rabiot Premyer Liqada oynamağa müsbət yanaşır.