Rəşad Sadıqov Slovakiyada jurnalistlərlə görüşəcək

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “DAC 1904”(Slovakiya) – “Zirə” oyunundan əvvəl “qartallar”ın baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı və komandanın məşqinin vaxtı dəqiqləşib.

Futbolpress.az xəbər verir ki, iyulun 31-də keçiriləcək mətbuat konfransı Bakı vaxtı ilə 20:00-da, oyunöncəsi son məşq isə 20:30-da start götürəcək.

“Zirə” birinci oyunda rəqibini 4:0 hesabıyla məğlub edib.