Rəşad Sadıqov: “Səfərdə sərfəli nəticə qazanmaq istəyirik”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasında “Osiyek”ə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı bunları deyib:

“Sabah bizi vacib vacib oyun gözləyir. Güclü azarkeş dəstəyinə malik komandaya qarşı oynayacağıq. Rəqib öz meydanında sərfəli nəticə qazanmağa çalışacaq. Bizim də məqsədimiz eyni olacaq. İkinci oyun öncəsi yaxşı nəticə əldə etmək istəyirik. Cavab matçında isə bir-birimizi daha yaxşı tanıyacağıq. Məncə, 2-ci oyun həlledici olacaq. Komandalar o görüşə daha hazır, çox məlumatlı çıxacaqlar. Sabah oyun planımızın işləməsinə çalışacağıq”.

Qeyd edək ki, “Zirə” ilə “Osiyek” arasında ilk oyun səfərdə keçiriləcək. Matç saat 22:00-da start götürəcək.