Rəşad Sadıqov: “Komandamızın buna hazır olduğunu düşünürəm”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov sabah Avropa Liqasında “Şerif”ə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçdan öncə baş tutan mətbuat konfransında bunları deyib:

“Vacib bir oyun üçün Moldovaya gəlmişik. Düşünürəm ki, yaxşı hazırlaşmışıq. “Şerif” ilk dəqiqələrdən üzərimizdə təzyiq yaratmağa çalışacaq. Komandamızın buna hazır olduğunu düşünürəm.

Rəqibi təhlil etmək baxımından müəyyən problem yaşayırıq. Heyətlərinə bir neçə yeni futbolçular cəlb ediblər. Təbii ki, bu da müəyyən dəyişikliklərə səbəb olacaq. Azarkeşlər maraqlı oyuna şahidlik edəcəklər. Sürətli və dinamik görüş izləyəcəyik”.

“Şerif” – “Zirə” oyunu saat 21:00-da start götürəcək.