Rəşad Sadıqov jurnalistlərin önünə çıxacaq

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək “Zirə” – “Osiyek”(Xorvatiya) oyunundan əvvəl baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib.
Futbolpress.az xəbər verir ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı avqustun 14-də “Dalğa Arena”da olacaq. O, media nümayəndələri ilə saat 17:45-də görüşəcək.
“Zirə” PFK
14 avqust
17:45 “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı (“Dalğa Arena”)
19:00 Media üçün açıq məşq (Zirə İdman Kompleksi)
“Osiyek” (Xorvatiya)
14 avqust
19:00 “Osiyek”in baş məşqçisi Federiko Kopitellinin mətbuat konfransı (“Dalğa Arena”)
19:30 Media üçün açıq məşq (“Dalğa Arena”)
Hər iki komandanın məşq prosesinin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.