Rəşad Sadıqov: “Hakimin “Şerif”ə simpatiyası var idi”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Avropa Liqasının I təsnifat mərhələsində “Şerif”ə məğlub olduqları görüşdən sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

“Oyunu şərh etmək çətindir. İki hissəli oyun oldu. “Qırmızı”ya qədər və sonrası. Azlıqda qalsaq da, mübarizə apardıq. Rəqibin asmalardan istifadə edəcəyini bilirdik. Fasilədən sonra bunu daha artırdılar. “İkinci mərtəbədə” iki qol buraxdıq. Rəqibə real qol şansı vermədik. Penaltilər də lotoreyadır. Onları təbrik edirəm”.

Mütəxəssis ilk hissədə qırmızı vərəqə alan Salif Suma haqda da fikirlərini bölüşüb:

“Saliflə danışmamışam, nə danışım? Avrokubok görməmişdi, yenidir və hələ püxtələşməyib. Çalışmalısan ki, belə oyunlara öyrəşib, uşaq səhvləri etməyəsən. Hakim də xırda foulları verirdi. Referinin “Şerif”ə aşkar simpatiyası var idi. Futbolçularıma təşəkkür edirəm, mübarizə apardılar”.