Rəşad Sadıqov: “Futbolçularım daha da məsuliyyətli olmalıdır”

Azərbaycan Premyer Liqasının XX turunun “Şamaxı” – “Zirə” (1:2) matçından sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Olduqca çətin səfər oyunu alındı. Əvvəlki turlarda da “Şamaxı” yaxşı performans sərgiləyirdi. Oyunçularıma da bu barədə danışmışdım. Bu oyun kəşfiyyat karakterli idi. Futbolçularım qoldan sonra yaxşı reaksiya verdi. İki fərqli hissə izlədik. Sanki ilk yarıda oyununuz alınmadı…

– Çempionatın əvvəlindəki gərginliyin arxada qaldığını demək olar?
– Xeyr. “Səbail”, “Kəpəz”in qələbə qazanması “Neftçi” – “Sabah” oyununun gərginliyi çətin olacağını göstərir. Xırda detallar önəmli rol oynayacaq. Bu gün heç-heçə də etsəydik uğurlu nəticə sayacaqdım.

– İki fərqli hissə izlədik. Sanki ilk yarıda oyununuz alınmadı…

– İlk yarıda rəqib çox aqressic pressinq tətbiq etdi. Qoldan sonra isə rəqib daha inamlı oynadı. Amma ikinci yarı da daha yaxşı çıxış etdi. Son 10-15 dəqiqədə rəqib təzyiqi artırmışdı. Amma bunun qarşısını ala bildik.

– Matçdan sonra Ruan Renato ilə Aydın Bayramov arasındakı gərginliyin səbəbi nə idi?

– O epizodu görmədim. İnşallah ki, ciddi bir şey olmaz. Kollektivimin bir-birinə olan hörmətinə güvənirəm. Epizod elə meydanda da qaldı.

– “Zirə” psixoloji cəhətdən qarşıdakı oyunlara hazırdır?
– Oyunun startında fərqli başlanğıc gözləyirdim. Amma alınmadı. Sabah necə olacağını bilmirsən. Amma düşünürəm ki, futbolçular psixoloji cəhətdən daha yaxşı olmalıdırlar. Bu 3-4 il əvvəlki çempionatımız deyil. Hesab edirəm ki, futbolçularım daha da məsuliyyətli olmalıdır.

Mirkamal Kazım