Rəşad Sadıqov Avro-2024-də kimi favorit görür?

Bu gün Avro-2024-ün final mərhələsinə start veriləcək.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “FutbolPress“ə açıqlamasında turnirlə bağlı fikirlərini bölüşdü:

“Təbii ki, Türkiyəyə azarkeşlik edəcəm. Çempionatı və onların oyunlarını səbirsizliklə gözləyirəm. Maraqlı turnir olacaq. Favoriti demək çətindir. Lakin Fransa və ev sahibi Almaniya sanki bir addım öndə görünür. Əlavə də yaxşı komandalar var, ancaq bu iki kollektivi daha üstün görürəm”.

Almaniyanın ev sahibliyi edəcəyi turnir bu gün start götürəcək.