“Rəqibin bizdən güclü olduğunu fikirləşmirik, özümüzə inanırıq”

“Sumqayıt”ın futbolçusu Elvin Bədəlov Konfrans Liqasının II təsnifat mərhələsində “Fehervar”a (Macarıstan) qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak etdi.

Futbolpress.az xəbər verir ki, müdafiəçi jurnalistlərin suallarını cavablandırdı…

– Macarıstan klublarına qarşı necə oynamaq lazımdır?

– Bizə onların necə oynamağı maraqlı deyil. Rəqibdən asılı olmayaraq öz oyunumuzu oynamalıyıq. Azarkeşləri stadiona dəvət edirəm. Onları sevindirməyə çalışacağıq. Rəqibin bizdən güclü olduğunu fikirləşmirik, özümüzə inanırıq.

– Sabah İsa Suliman zədəli olduğu üçün oynamayacaq. Xaçayevlə tandem çətin olmayacaq?

– Xeyr. Xaçayevlə bir-birimizi başa düşürük, əvvəl də oynamışıq. Sabah daha yaxşı oynamağı düşünürük.

Şahin Cəfərov