“Rəqabətdə qalib gəlirəmsə, niyə heyətdə yer almamalıyam?”

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında legioner limiti ləğv olunacaq. Bu səbəbdən yerli oyunçuların daha az şans qazanacağı və bunun milli komandalara təsir edəcəyi proqnozlaşdırılır.

“Sabah” klubunda bu mövsüm əsas heyətin daimi üzvünə çevrilən Abdulla Xaybulayev limitin ləğvi haqda fikirlərini bölüşdü. 23 yaşlı yarımmüdafiəçi “Futbolpress.az”a açıqlamasında bunları dedi:

“Öz mövqeyimdə rəqabətdə qalib gəlirəmsə, niyə heyətdə yer almamalıyam? Sağlam rəqabət olmalıdır. Fikrimcə, bu ancaq xeyrimizə olacaq”.

Şahin Cəfərov