Almaniyanın “Bohum” klubunda baş məşqçi Peter Şeydler və idman direktoru Mark Leattu ilə yollar ayrılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Hər iki şəxs komandanın uğursuz çıxışına görə istefaya göndərilib.
“Bohum” Bundesliqada 7 turdan sonra 1 xalla 18 komanda arasında sonuncudur.