Rəhbərlik baş məşqçidən razıdır

“Tottenhem”də baş məşqçi Ange Postekoqlunun taleyi məlum olub.

Futbolpress.az xəbər verir ki, komanda Premyer Liqada uğursuz nəticələrlə yadda qalsa da, mütəxəssislə yola davam ediləcək. Bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Klubun rəhbəri Dani Levi mütəxəssisin işindən razıdır.

“Tottenhem” Premyer Liqada 15 turdan sonra 20 xalla 11-ci sıradadır.