Rəfiyev məhkəməni uduzdu

Məhkəmə “Sumqayıt” futbol klubunun prezidentinin jurnalistlərə qarşı ərizəsini icraata götürməkdən imtina edib.

Futbolpress.az xəbər verir ki, bu barədə vəkil Səbuhi Axundov açıqlamasında bildirib. Nərimanov Rayon Məhkəməsi Riad Rəfiyevin jurnalistlər Anar Şabanoğlu və İxtiyar Əsgərova qarşı xüsusi ittiham qaydasında şikayət ərizəsini icraata götürməkdən imtina edib.

“Sumqayıt” futbol klubunun prezidenti Riad Rəfiyev jurnalistlər Anar Şabanoğlu və İxtiyar Əsgərovu məhkəməyə verib. Klub rəsmisi media nümayəndələrinin onu təhqir etdiyini iddia etmişdi.