Rəşad Sadıqov “Qarabağ”a məğlubiyyətdən sonra nələr dedi?

Azərbaycan Premyer Liqasının XXXIV turu çərçivəsində keçirilən “Zirə” – “Qarabağ” (0:1) oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

– Futbolçulara təşəkkür edirəm. İstəkli oynadılar. Yaxşı oyunlarımızdan birini keçirdik, təəssüf ki, məğlub olduq. Hesabı bərabərləşdirmək istədik, alınmadı. Futbolçularımın mübarizəsi ilə fəxr edirəm. Çempionatda iki oyunumuz var, onlar haqda düşünəcəyik.

– Hakimlik sizi qane etdi?
– Hakimlikdən danışmaq istəmirəm. Hər şey ortadadır. Xüsususi mütəxəssis olmağa ehtiyac yoxdur. Çox danışmayacam. Cavid Cəlilovun “Qəbələ” ilə 5-ci turdakı verdiyi qərara baxın, o penalti deyilsə, bu necə penaltidir? Bəzi epizodlara susub, buna görə Cavid Əliyarı VAR-a çağırırsa, deyiləcək bir şey yoxdur.

– VAR epizodunda inanırdınız ki, hakim qərarında qalacaq?
– Açığı, düşündüm ki, penalti olmayacaq, qərar qüvvədə qalacaq. Əgər ilk qərarı penalti olacaqdısa, VAR-dan sonra qərarında qalmağı normaldır. Elvinin də Hacıağa ilə epizodunda ikinci sarı gözləyirdim, amma olmadı.

Məlik Məlikov