Qyökereş üçün danışıqlar başladı

“Atletiko” “Sportinq”in futbolçusu Viktor Qyökereşi transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “Record” nəşri məlumat yayıb. Madrid klubu 27 yaşlı hücumçu üçün danışıqlara başlayıb.

Forvardın sərbəstqalma məbləği 100 milyon avrodur. “Atletiko” keçidi 65-75 milyon avroya həll etmək niyyətindədir.

Qyökereş başa çatan mövsümdə “Sportinq”lə çempionatda 39 qol vurub.