Qyökereş Keynlə Halandı qabaqladı

“Sportinq”in forvardı Viktor Qyökereş Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası ( İFFHS ) tərəfindən 2024-cü ilin ən yaxşı bombardiri mükafatını qazanıb.

Futbolpress.az xəbər verir ki, hücumçu keçən il Portuqaliya çempionatında və İsveç millisinin heyətində 62 qol vurub. 26 yaşlı futbolçu bu müsabiqədə “Mançester Siti”nin oyunçusu Erlinq Halandı 13 qolla qabaqlayıb. Norveçli forvard 49 qolla 2-ci yeri tutub.

İlk üçlüyü 46 qolla “Bavariya”nın futbolçusu Harri Keyn tamamlayıb.