Qvardiolaya: “Qovulacaqsan!”

“Arsenal” Premyer Liqanın XXIV turunda “Mançester Siti”ni məğlub edib – 5:1.

Futbolpress.az xəbər verir ki, dördüncü qoldan sonra “topçular”ın azarkeşləri qonaq komandanın baş məşqçisi Xosep Qvardiola haqda şüarlar səsləndiriblər. Onlar mütəxəssisin ünvanına “səhər qovulacaqsan!” deyə şüarlar söyləyib.

“Arsenal” çempionatda 50 xalla 2-ci sıradadır. “Mançester Siti” isə 41 xalla 4-cüdür.