“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Qızıl top” mükafatı haqda fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis oyunçusu Rodrinin mükafata layiq görülməsi haqda bunları deyib:
“Qızıl top”u Vinisius qazanmalı idi? Bəlkə də, hə, amma nəticədə Rodri qalib oldu. Buna jurnalistlər qərar verib, bir qrup elit insan yox. Dünyanın hər yerində fərqli baxışlar var. Buna görə futbol gözəldir və hamı bundan danışır”.