“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola müdafiəçi Con Stounzun zədəsindən danışıb.
Futbolpress.az xəbər verir ki, ispan mütəxəssis oyunçunun bir müddət yaşıl meydanlardan kənarda qalacağını deyib:
“Con uzun müddət kənarda qalacaq. Müayinələrdən sonra onun əməliyyata ehtiyacı olub-olmadığını biləcəyik. “Real”la oyundan əvvəl müdafiəçilərimiz qayıtmışdı, indi iki həftəyə 4 oyunçu yenidən sıradan çıxdı”.