“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola 2025-ci ilin yayında klubu tərk edəcək.
Futbolpress.az xəbər verir ki, ispan mütəxəssis “şəhərlilər”in yeni müqavilə təklifini qəbul etməyib. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Qvardiola sözləşməsinin sonuncu – 2025-ci ilin yayında “Mançester Siti”dən ayrılacaq. Mütəxəssis İngiltərə klubu ilə 15 titul qazanıb.
O, müxtəlif vaxtlarda İngiltərə Premyer Liqasını, Çempionlar Liqasını, Federasiya və Liqa Kuboklarının qalibi olub.