Qvardiola üçün ÇL-in 3 favoriti

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının favoritlərini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis pley-off mərhələsində “Real”a uduzduqları oyundan (1:3) sonra bu haqda danışıb:

“Madridlilər həmişə turnirin əsas favoritidir. Digər namizədlər isə “Liverpul” və Luis Enrikenin rəhbərlik etdiyi PSJ-dir. Hər iki komanda əla mövsüm keçirir. Lakin yenə də ən böyük favorit “Real”dır”.

“Mançester Siti” hər iki matçda məğlub olaraq (2:3, 1:3) turnirdə mübarizəni dayandırıb.