“Bavariya”nın futbolçusu Leroy Sane karyerasını İngiltərədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Mançester Siti” alman vingerin xidmətində maraqlıdır. Bu barədə “Sport Bible” portalı məlumat yayıb. “Şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola sabiq tələbəsini yenidən komandasında görmək istəyir.
Sane bu mövsüm 11 oyunda 3 qol vurub. O, 2016-2020-ci illərdə “Mançester Siti”də çıxış edib.