“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasında bu gün “Real”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis matç haqda bunları deyib:
“Son illərdə “Real”la oyunlarımız böyük duellərə çevrilib. Bir-birimizi keçməyi bacarmışıq. Son 10 ildə belə oyunlar artıq sadələşib. Lakin tarix baxımından özümüzü “Barselona”, “Bavariya” və ya “Milan”la müqayisə edə bilmərik”.
“Mançester Siti” – “Real” oyunu saat 00:00-da start götürəcək.