Qvardiola qalacaq, yoxsa gedəcək?

“Mançester Siti” komandanın baş məşqçisi Xosep Qvardiola ilə yeni müqavilə imzalamaq istəyir.

Futbolpress.az “The Telegraph”a istinadən xəbər verir ki, klub rəhbərliyi Qvardiolaya layiqli əvəzedici tapa bilməyəcəklərini düşünür.

Buna görə də “şəhərlilər” mütəxəssisə yeni sözləşmə təklif edəcəklər.

2016-cı ildən Premyer Liqa klubunu çalışdıran Qvardiolanın komanda ilə müqaviləsi növbəti mövsümün sonunda başa çatacaq.

Onun rəhbərliyi altında Mançester təmsilçisi 6 dəfə Premyer Liqada çempion olduğu halda, bir dəfə də Çempionlar Liqasında hamıdan güclü olmağı bacarıblar.